“Leykers”də yeni müqavilə

“Leykers”də yeni müqavilə

“Leykers” heyətinə daha bir basketbolçu qatıb. Frenk Meyson Los-Anceles təmsilçisində çıxış edəcək.

Onunla “Exhibit 10” müqaviləsi imzalanıb. 27 yaşlı basketbolçu 2017-ci ildən NBA-da çıxış edir.

Meyson “Sakramento”, “Miluoki” və “Orlando”da oynayıb. Onun hesabında 103 matç var.

Xatırladaq ki, ötən mövsümü “Mecik”də keçirən Frenk 4 oyunda orta hesabla 6,3 xal toplayıb.

ETOPAZ

Əvvəlki yazı

İlk dəfə “onluq”da

Növbəti yazı

DÇ-2022-də pley-offun püşkatma tarixi müəyyənləşdi