Levandovski Rusiya ilə oyunun ləğvindən danışdı

Levandovski Rusiya ilə oyunun ləğvindən danışdı

“Bavariya”nın hücumçusu Robert Levandovski millisinin Rusiya yığması ilə oynamaq niyyətində olmamasına münasibət bildirib. Polşalı futbolçu DÇ-2022-nin pley-off qarşılaşması barədə öz tvitter hesabında yazıb.

O, bunun düzgün qərar olduğunu açıqlayıb. 33 yaşlı hücumçu bildirib:

“Bu, düzgün qərardır! Belə vəziyyətdə Rusiya yığması ilə oyun təsəvvür edə bilmirəm. Rusiyalı futbolçular və azarkeşlər buna görə məsuliyyət daşımırlar. Lakin biz heç nə olmadığını iddia edə bilmərik”.

e-Topaz

Əvvəlki yazı

Hardendən mükəmməl debüt

Növbəti yazı

Tabilo yarımfinalda