Levandovski “Barselona”nın hədəfində

Levandovski “Barselona”nın hədəfində

Heyətini gücləndirməyə davam edən “Barselona” daha bir ulduzu nəzərdən keçirir. Kataloniyalılar Robert Levandovskinin xidmətində maraqlıdır.

İspaniya klubunun əsas hədəfi Erlinq Haland olsa da, norveçlinin “Mançester Siti”yə keçidi reallaşmaq üzrədir. Bu üzdən Barselonanın eyniadlı təmsilçisi diqqətlərini 33 yaşlı polşalıya yönəldib. “Bavariya”nın da heyətində saxlamağa çalışdığı Robertin özü daha çox “Real”a keçməyin tərəfdarıdır.

Qeyd edək ki, hücumçunun Münhen təmsilçisi ilə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.
 

ETOPAZ

Əvvəlki yazı

Popoviçdən mövsümün rekordu

Növbəti yazı

“Keşlə” və “Qarabağ”dan qələbə