Levandovski “Barselona”da

Levandovski “Barselona”da

Robert Levandovski rəsmi olaraq “Bavariya”dan “Barselona”ya keçib. Almaniya komandası polşalı hücumçunun transferi ilə bağlı razılığa gəldiyini açıqlayıb.

33 yaşlı polşalının maaşı vergilər çıxdıqdan sonra hər mövsüm üçün təxminən 9 milyon avro olacaq. Levandovski ilə müqavilə bazar günü imzalanacaq. “Bavariya” 45 milyon avro alacaq, daha 5 milyonu isə bonuslar şəklində verilir.

Futbolçu ilə müqavilə “3+1” sxemi üzrə – 2025-ci ilə qədər və daha bir mövsüm uzatma variantı ilə nəzərdə tutulub. Klubun maddi təzminat müqabilində ikinci mövsümün sonunda Levandovski ilə müqaviləni ləğv edə biləcəyi barədə məlumatlar var.

ETOPAZ

Əvvəlki yazı

Daniloviç finalda

Növbəti yazı

Ekitike PSJ-də