“Lester”dən antirekord
“Lester” İngiltərə çempionatının 8-ci turunda səfərdə “Tottenhem”lə qarşılaşıb. “Tülkülər” bu görüşdən də məğlub ayrılıb – 2:6.
Bununla da komanda Premyer Liqanın startında 7 oyunda 22 top buraxıb. Bu göstəriciyə görə, Brendan Rocersin yetirmələri liqa antirekordunu təkrarlayıblar. 1965-66 mövsümündə “Vest Hem” eyni sayda qol buraxmışdı.