“Lester”də yeni baş məşqçi

“Lester”də yeni baş məşqçi

“Lester”ə yeni baş məşqçi təyin edilib. Komandaya 52 yaşlı Din Smit rəhbərlik edəcək.

Onunla cari mövsümün sonuna kimi razılıq əldə olunub. “Norviç” və “Aston Villa” kimi klublarda işləmiş ingilis mütəxəssisin məşqçilər korpusunda 2017-ci ildə “Lester”i çalışdırmış Kreyq Şekspir və “Çelsi”nin veteran müdafiəçisi Con Terri də yer alacaq.

Premyer Liqada son 5 matçının 4-də məğlub olan “Lester” yalnız bir görüşdə heç-heçə edib. Komanda 30 oyundan sonra 25 xalla 19-cu pillədə qərarlaşıb.

ETOPAZ

Əvvəlki yazı

21-ci quru oyun

Növbəti yazı

Lenard və Portis ən yaxşı seçildi