“Lester” baş məşqçi postuna namizəd tapdı

“Lester” baş məşqçi postuna namizəd tapdı

“Lester”in baş məşqçi postuna namizəd bəlli olub. İngiltərə klubu Cennaro Qattuzonun namizədliyini nəzərdən keçirir.

Premyer Liqa təmsilçisinin rəhbərliyi uğursuz nəticələr üzündən narazı qaldığı Brendan Rocersi italiyalı mütəxəssislə əvəzləmək fikrindədir. Şimali irlandiyalı 2019-cu ilin fevralından “tülkülər”ə rəhbərlik edir.

Hazırda onun yetirmələri 20 oyunda 26 xalla 11-ci pillədə qərarlaşıb. Qattuzo bundan öncə “Syon”, “Palermo”, “Piza”, “Nyukasl” və “Fiorentina”da çalışıb.

ETOPAZ

Əvvəlki yazı

“Barselona” Kessie ilə anlaşa bilmədi

Növbəti yazı

Levandovski “Real” yolunda