Lebronlu “Leykers” pley-offdan kənarda

Lebronlu “Leykers” pley-offdan kənarda

“Leykers” “Finiks”ə 110:121 hesabı ilə uduzub. Los-Anceles klubu bununla da pley-offa yüksəlmək şansını itirib.

Kaliforniyalıların Qərb konfransında sonuncu vəsiqəni qazanmağa nəzəri şansları qalmayıb. Bu vəsiqə “San-Antonio”ya nəsib olub. Sonuncular “Denver” üzərində qələbə qazanıblar – 116:97.

“Leykers”in ulduz basketbolçusu Lebron Ceyms karyerasında 4-cü dəfə pley-offdan kənar qalıb. 37 yaşlı veteran 2003/04, 2004/05 və 2018/19 mövsümlərində belə uğursuzluq yaşayıb. Lebron NBA-nın 4 qat çempionudur.

ETOPAZ

Əvvəlki yazı

“Liverpul”un tarixində yeni rekord

Növbəti yazı

Ralf Ranqnik ayda 6 gün işləyəcək