Lebron milyarder oldu

Lebron milyarder oldu

“Leykers”in basketbolçusu Lebron Ceyms milyarder olub. Bunu “Forbes” nəşri açıqlayıb.

37 yaşlı hücumçunun 2021-ci ildəki qazancı 121,2 milyon dollara çatıb. Onun ümumi varidatı isə 1 milyarda yüksəlib.

O, bu rəqəmə karyerasını davam etdirdiyi vaxt çatan ilk oyunçu kimi NBA tarixinə düşüb. Lebronadək yeganə milyarder basketbolçu olan Maykl Cordan karyerasını bitirdikdən 11 il sonra – 2014-cü ildə bu qədər varidata sahib çıxıb.

Qeyd edək ki, Ceyms dördqat NBA, ikiqat Olimpiya çempionudur.

ETOPAZ

Əvvəlki yazı

Rudiger “Real”da

Növbəti yazı

34-cü qələbə