Lebron Ceymsdən yeni rekord

Lebron Ceymsdən yeni rekord

“Leykers”in basketbolçusu Lebron Ceyms yeni rekorda imza atıb. Hücumçu NBA tarixinə mövsümün açılış oyunlarında ən çox xal toplayan basketbolçu olub.

Lebron ilk turlarda 481 xal yığıb. O, “Yuta”nın əfsanəsi Karl Melounu arxada qoyub. Sonuncunun hesabında 463 xal var. İlk “beşlik”də Maykl Cordan (431), Kərim Abdul-Cabbar (430) və Pol Pirs (417) də yer alıb.

Lebron 2021/22 mövsümünün ilk matçında 34 xal toplayıb. Lakin onun səyləri “Qolden Steyt”i məğlub etməyə yetərli olmayıb – 114:121.

ETOPAZ

Əvvəlki yazı

Qurban Qurbanov: “Futbolçulara inanıram”

Növbəti yazı

Avropa ölkələri FİFA-dan çıxır