Lebron Ceyms “Top-4”də

Lebron Ceyms “Top-4”də

Lebron Ceyms NBA tarixində cərimə atışlarından ən çox xal qazanan “dördlüy”ə daxil olub. “Leykers”in hücumçusu “Minnesota” ilə oyunda 9 belə xal toplayıb.

O, 108:103 hesabı ilə qalib gəldikləri görüşdə 12 cəhddən 9-da dəqiq olub. Lebron NBA karyerasında cərimələrdən 7697 xal yığıb. O, 7694 xala malik Oskar Robertsonu keçərək 4-cü sıraya qalxıb.

Qeyd edək ki, mütləq rekord 9787 cərimə atışından xal qazanan Karl Melouna məxsusdur.

ETOPAZ

Əvvəlki yazı

“Milan”ın 20 milyonluq hədəfi

Növbəti yazı

Tompsonun milyonları