Tompsonun milyonları
“Qolden Steyt”in basketbolçusu Kley Tompson zədəli olduğu vaxtda daha çox qazanc əldə edib. Müdafiəçi sonuncu dəfə 2019-cu ilin finalında meydana çıxıb.
Son iki mövsümü buraxan Kley bu müddətdə 84,3 milyon dollar maaş alıb. O, son matçına qədər karyerası ərzində 78,8 milyon qazanmışdı.
Tompson 2011/12-2014/15 mövsümlərini əhatə edən ilk müqaviləsi üzrə 9,9 milyon əldə edib. 2015/16-2018/19 mövsümlərindəki qazanc isə 68,9 milyona bərabər olub.
Onun maaşı oynamadığı dövrdə artıb. 2019/20 mövsümündə 32,7, 2020/21 mövsümündə 35,3 milyon qazanan basketbolçu cari çempionatda 16,2 milyona sahib olub.