Lebron Ceyms “2000”ə çatdı

Lebron Ceyms “2000”ə çatdı

“Leykers” NBA-nın növbəti oyun günündə “Detroyt”la qarşılaşıb. Los-Anceles təmsilçisi bu görüşdə 121:116 hesablı qələbə qazanıb.

Bu oyun Lebron Ceyms üçün əlamətdar olub. Kaliforniyalıların hücumçusu karyerasındakı dəqiq üçxallıq atışların sayını 2 minə çatdırıb.

Matç ərzində bir belə atışı dəqiq alınan Lebron yubileyini rəsmiləşdirib. O, 1318-ci matçında buna nail olub.

Forvard NBA tarixində 2 min və daha çox üçxallıq atışdan fərqlənən 11-ci basketbolçudur. Bu göstəricidə mütləq rekord Rey Allenə məxsusdur – 2973.

ETOPAZ

Əvvəlki yazı

“Lion” – “Marsel” oyunu 2-ci dəqiqədə dayandırıldı

Növbəti yazı

La Liqa klubunda baş məşqçi istefası