Leao “Mançester Siti”nin hədəfində

Leao “Mançester Siti”nin hədəfində

“Milan”ın hücumçusu Rafael Leao karyerasını Premyer Liqada davam etdirə bilər. “Mançester Siti” onu transfer etmək üçün yarışa qoşulmağa hazırlaşır.

22 yaşlı hücumçu baş məşqçi Pep Qvardiolanın şəxsən istədiyi futbolçudur. O, çalışdırıcı tərəfindən Rahim Sterlinqin potensial əvəzedicisi kimi nəzərdən keçirilir.

Portuqaliyalı hücumçunun “Milan”la müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. O, 2019-cu ildən İtaliya klubunda çıxış edir.

ETOPAZ

Əvvəlki yazı

“Real” Tçuameni transferində israrlıdır

Növbəti yazı

PSJ-də yeni müqavilə