Laurentsiu Regekampf: “Komandama və stadiondakı atmosferə inanıram”

Laurentsiu Regekampf: “Komandama və stadiondakı atmosferə inanıram”

Sabah Konfrans Liqasında III təsnifat mərhələsinin ilk matçları keçiriləcək. Təmsilçimiz “Neftçi” “Bakcell Arena”da “Rapid”i qəbul edəcək.

Oyundan öncə mətbuat konfransı keçirilib. “Ağ-qaralar”ın baş məşqçisi Laurentsiu Regekampf fikirlərini bölüşüb:

“Sabah yaxşı oyun nümayiş etdirməyə və növbəti mərhələ üçün bir addım atmağa çalışacağıq. Bilirik ki, çətin olacaq. Çünki rəqibimiz çox güclüdür. Amma mən komandama və stadiondakı atmosferə inanıram. Rəqib yaxşı liqada mübarizə aparır. Bizim üçün asan oyun olmayacaq. Ancaq biz də qarşılaşmaya çox yaxşı hazırlaşmışıq. Ümid edirəm ki, futbolçularım “Aris”lə cavab görüşündəki mübarizəni və inamı bu dəfə də göstərəcəklər. Hamımız çox motivasiyalıyıq. “Aris”lə cavab matçındakı səviyyəni qoruyub saxlamalıyıq. Eyni cür döyüşməliyik. Ümid edək ki, 90 dəqiqənin sonunda qələbə qazanaq”.

ETOPAZ

Əvvəlki yazı

Mourinyo Klyuvertdən razı deyil

Növbəti yazı

Salsedo icarəyə veriləcək