“Latsio” “Milan”ın kapitanına elçi düşdü
“Milan”ın kapitanı Alessio Romanyoli “Latsio”ya keçə bilər. Roma klubu müdafiəçini sözləşməsi mövsümün sonuna qədər qüvvədə olan Luis Felipenin əvəzedicisi kimi görür.
Romanyolinin “Milan”la müqaviləsi də mövsümün sonunda başa çatır və “Latsio” futbolçunu azad agent kimi almaq istəyir. Romalılar oyunçuya 3,2 milyon avro maaş və bonuslarla 5 illik müqavilə təklif ediblər.
Qeyd edək ki, 27 yaşlı müdafiəçi 2015-ci ildən “Milan”ın şərəfini qoruyur. O, 194 matçda 8 qol vurub.