Laporta Xavini komandada saxlamaq istəyir
“Barselona”nın prezidenti Xoan Laporta qərarını verib. O, komandanın baş məşqçisi Xavinin gələn mövsüm də klubda qalmasını istəyir.
Funksioner qətiyyətlə çalışdırıcının özünə 2024/25 mövsümündə onu komandanın başında görmək istədiyini bildirib. İspan məşqçinin “Barselona” ilə hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.