“Lans”da yeni müqavilə

“Lans”da yeni müqavilə

“Lans” baş məşqçisi Frank Ezlə yeni müqavilə imzalayıb. Bunu Fransa klubunun mətbuat xidməti açıqlayıb.

Yeni anlaşma 2027-ci ilin yayına qədər nəzərdə tutulub. 2017-ci ildən “Lans”da çalışan fransalı mütəxəssis əvvəl əvəzedicilərin, 2020-ci ildən əsas komandanın sükanı arxasındadır.

Yeni müqavilə bağlandıqdan sonra Ez təkcə baş məşqçi deyil, həm də baş direktor kimi fəaliyyət göstərəcək. O, həm əsas, həm gənclər, həm də qadınlar komandalarına nəzarət də edəcək.

Qeyd edək ki, “Lans” indiki baş məşqçisinin rəhbərliyi altında 93 oyunda 43 qələbə qazanıb, 26 heç-heçə edib və 24 dəfə uduzub.

ETOPAZ

Əvvəlki yazı

“Mançester Yunayted”dən yeni təklif

Növbəti yazı

Timin “Top-100”ə qayıtmaq şansı