“Lans”a iki, “Lill”ə bir oyunluq cəza

“Lans”a iki, “Lill”ə bir oyunluq cəza

Fransanın “Lans” və “Lill” klubları cəzalandırılıb. Buna Liqa1-in VI turunun oyununda baş verən qalmaqal səbəb olub.

Fransa Futbol Federasiyası qarşılaşmanın hər iki iştirakçısını cəzalandırmağı məqsədəuyğun sayıb. “Lans” növbəti iki ev oyununu boş tribunalar önündə keçirəcək. Komanda “Strasburq” və “Reyms”lə görüşlərdə azarkeşsiz qalacaq

“Lill” isə növbəti səfər matçında fanatlarının dəstəyindən məhrum edilib. Son çempionun da cəzası strasburqlularla matça təsadüf edəcək.

Xatırladaq ki, “Lans” – “Lill” oyununun ikinci hissənin əvvəlində meydan sahiblərinin azarkeşləri meydana axışıb. Onlar rəqib fanatların əyləşdiyi tribunalara soxulmağa cəhd edib. Bu üzdən matç dayandırılıb. Polis və stadion əməkdaşları aranı sakitləşdirdikdən sonra görüş başa çatdırılıb. Qalmaqallı matçda “Lans” 1:0 hesablı qələbə qazanıb.

ETOPAZ

Əvvəlki yazı

Benitesə görə Premyer Liqadan gedir

Növbəti yazı

Ozobiçdən dubl, “Qarabağ”dan qələbə