La Liqanın ən bahalı oyunçusu

La Liqanın ən bahalı oyunçusu

“Transfermarkt”ın versiyasına görə, La Liqanın ən bahalı oyunçusu müəyyənləşib. Bu ünvana “Real”ın hücumçusu Vinisius Cunior layiq görülüb.

Gənc braziliyalının transfer dəyəri 100 milyon avroya çatıb. “Barselona”nın yarımmüdafiəçisi Pedri isə 80 milyon avroluq transfer qiyməti ilə ikinci yerdədir.

İlk üçlüyü “Real”ın yarımmüdafiəçisi Federiko Valverde və “Atletiko”nun hücumçusu Joao Feliks tamamlayır. Hər iki futbolçunun qiyməti 80 milyon avrodur.

ETOPAZ

Əvvəlki yazı

Molina “Yuventus”un hədəfində

Növbəti yazı

“Borussiya”nın baş məşqçi postuna yeni namizəd