La Liqada 26 ilin antirekordu
“Almeriya” İspaniya La Liqasında XXII turunda “Alaves”ə 0:3 hesabı ilə uduzub. Çempionatın autsayderinin hesabında cəmi 6 xal var.
“Almeriya” La Liqa tarixində 22 oyunda ən az xal toplayan ikinci komandadır. Antirekord isə 1997/98 mövsümündə qeydə alınıb.
Həmin vaxt Xixon “Sportinq”i 22 matçda cəmi 3 xal toplayıb. “Almeriya” son 26 ilin antirekordçusudur.
Cari mövsümün autsayderi həm də qələbə qazanmayan ikinci komandadır. Hesabında 6 heç-heçə olan “Almeriya”dan 26 il əvvəl “Sportinq”də yalnız bərabərliklər hesabına xal yığıb.