La Liqa tarixində 4-cü dəfə

La Liqa tarixində 4-cü dəfə

“Xetafe” İspaniya La Liqasının VII turunda səfərdə “Betis”lə qarşılaşıb. Miçel Qonsalesin yetirmələri bu görüşdə 0:2 hesabı ilə uduzub.

Bununla da “Xetafe” mövsümün startında ardıcıl 7-ci məğlubiyyətini alıb. Bir komandanın ilk yeddi oyunda uduzmasına La Liqa tarixində 4-cü dəfə təsadüf olunur.

1929-cu ildə “Rasinq”, 1952-ci ildə “Saraqosa”, 1996-cı ildə isə “Estremadura” mövsümə 7 məğlubiyyətlə başlayıb. “Xetafe” son 25 ilin ilk belə uğursuzudur.

ETOPAZ

Əvvəlki yazı

Ardıcıl 6-cı qələbə

Növbəti yazı

“Arsenal”dan 600-cü qələbə