La Liqa klubunda baş məşqçi istefası

La Liqa klubunda baş məşqçi istefası

İspaniya La Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib. “Elçe” klubu çalışdırıcısı Fran Eskriba ilə yollarını ayırıb.

56 yaşlı mütəxəssisin istefasına uğursuz nəticələr səbəb olub. “Betis”ə 0:3 hesablı məğlubiyyətdən sonra komandanın qələbəsiz oyunlar seriyası 6-ya çatıb. 14 turdan sonra 18-ci yerdə qərarlaşan “Elçe” təhlükəli zonadan uzaqlaşa bilmir.

Qeyd edək ki, bu ilin fevralında komandanın “sükanı arxası”na keçən Eskriba 2012-15-ci illərdə də “Elçe”də çalışıb.

ETOPAZ

Əvvəlki yazı

Lebron Ceyms “2000”ə çatdı

Növbəti yazı

Sinner yenidən “Top-10”da