“Kəpəz”dən növbəti transfer

“Kəpəz”dən növbəti transfer

“Kəpəz” daha bir futbolçunu heyətinə cəlb edib. Bunu klubun mətbuat xidməti açıqlayıb.

Albaniyalı Redon Mihana Gəncə təmsilçisinə keçib. 25 yaşlı futbolçu ilə 1+1 illik müqavilə bağlanıb. Mihana yarımmüdafiənin hər iki cinahında oynaya bilir. Karyerasında ilk dəfə legioner həyatı yaşayan futbolçu son olaraq ölkəsinin “Erzeni” klubunda çıxış edib. Mihana Abaniyanın U-21 millisinin də şərəfini qoruyub.

ETOPAZ

Əvvəlki yazı

Piastri qalib oldu

Növbəti yazı

“Şamaxı”da ayrılıq