“Kyevo” fəaliyyətini dayandırır

“Kyevo” fəaliyyətini dayandırır


İtaliyanın “Kyevo” klubu dağılmaq təhlükəsi ilə üzləşib. Verona təmsilçisi demək olar ki, fəaliyyətini dayandırıb. Klub rəhbərliyi D seriyasında iştirak üçün müraciət də edə bilməyib. Sənədlərin təqdimatı üçün isə cəmi 2 gün vaxt qalıb.
Maliyyə pozuntularına görə müflis elan olunan və B seriyasına buraxılmayan “Kyevo” aşağı liqaya göndərilib. Sabiq kapitan Serxio Pellissye komandanı almağa, kluba vəsait ayırmağa investorlar axtarsa da, istəyinə çatmayıb.

ETOPAZ

Əvvəlki yazı

“Tottenhem” “Barselona”nın yarımmüdafiəçisi ilə danışıqlara başladı

Növbəti yazı

Raca Naynqolan sürücülük hüququndan məhrum edildi