Kyellinidən milliyə vida
İtaliya yığmasının futbolçusu Corcio Kyellini milli karyerasını başa vuracaq. 37 yaşlı müdafiəçi belə qərara gəlib.
O, iyunun 1-də Argentina ilə qarşılaşmada İtaliya yığması ilə vidalaşacaq. İtaliya Avropa çempionu, Argentina isə Amerika kubokunun qalibi kimi “Finalissima” adlı matçda iştirak edəcək.
Qeyd edək ki, Kyellini 2004-cü ildən İtaliya millisinin formasını geyinir.