Kurtua əmin deyil
“Real”ın qapıçısı Tibo Kurtuanın zədəsi davam edir. O, bu mövsüm Çempionlar Liqasında oynamaq şanslarını dəyərləndirib.
31 yaşlı qolkiper hazırda sol dizindəki ön çarpaz bağın yırtılmasından sonra bərpa prosesi keçirir. O, turnirdə iştirak edib-etməyəcəyinə əmin olmadığını bildirib.