Kurtinaytis “Sabah”da

Kurtinaytis “Sabah”da

Tanınmış basketbol mütəxəssisi, olimpiya və Avropa çempionu Rimas Kurtinaytis “Sabah” Baketbol Klubunun baş məşqçisi təyin olunub. Bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 63 yaşlı litvalı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb. Avropa basketbol tarixinin ən yaxşı “shooter”lərindən hesab olunan Kurtinaytis oyunçu kimi “Jalgiris” (Litva), ÇSKA (Rusiya), “Real Madrid” (İspaniya) klublarının şərəfini qoruyub.

O, 3 dəfə Avropa Kubokunu qazanan yeganə məşqçi kimi adını tarixə yazdırıb. 2008/2009 mövsümündə “Letuvos Ritas” (Litva), 2011/2012 və 2014/2015 mövsümlərində isə “Ximki” (Rusiya) klubu ilə Avropa Kubokunun qalibi olub. Kurtinaytis 2010/2011 mövsümündə “Ximki” klubu ilə VTB Liqasının çempionu olub. Onun məşqçi kimi hesabında VTB Liqasında 100-dən çox qələbə var.

Qeyd edək ki, litvalı basketbol mütəxəssisi 2002-2006-cı illərdə Bakının “Qala” klubunun və eyni zamanda Azərbaycan millisinin baş məşqçisi işləyib.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 31.01.2024

Növbəti yazı

Rakitiç “Sevilya”nı tərk etdi