Kurban Berdıyev “Turan Tovuz”da

Kurban Berdıyev “Turan Tovuz”da

“Turan Tovuz”da baş məşqçi təyinatı rəsmiləşib. Bunu klubun mətbuat xidməti açıqlayıb.

Tovuz təmsilçisini rusiyalı Kurban Berdıyev çalışdıracaq. 72 yaşlı mütəxəssislə 2+1 illik müqavilə imzalanıb.

Əsasən Rusiya “Rubin”indəki uğurları ilə tanınan Berdıyev vətənində “Rostov”, “Soçi”, “Dinamo” (Mahaçqala), Qazaxıstanda “Kayrat”, “Taraz”, Türkiyədə “Gənclərbirliyi” , Türkmənistanda “Nisa” və əsas milli komanda, İranda “Traktor”a rəhbərlik edib. “Pro” kateqoriyalı mütəxəssis “Rubin”lə 2 dəfə Rusiya çempionu olmaqla yanaşı, 2 dəfə Superkuboku, 1 dəfə isə ölkə kubokuna sahib olub. O, 2020-2021-ci illər mövsümündə “Kayrat”la Qazaxıstan Kubokunu başı üzərinə qaldırıb.

Qeyd edək ki, Premyer Liqadakı ilk iki mövsümdə “Turan Tovuz”u Ayxan Abbasov çalışdırıb.

ETOPAZ

Əvvəlki yazı

“Neftçi”nin Müşahidə Şurasının sədri bəlli oldu

Növbəti yazı

Coy-Lens Mikels yenidən “Sabah”da