Yekun turnirinə üç vəsiqə sahibini tapdı

Yekun turnirinə üç vəsiqə sahibini tapdı

WTA-nın yekun turnirinə üç vəsiqənin sahibi bəlli olub. Qvadalaxarada təşkil olunacaq yarışın üç iştirakçısı müəyyənləşib.

“Uimbldon”un çempionu Eşli Barti, “Rolan Qarros”un qalibi Barbora Kreyçikova və dünyanın ikinci raketkası Alina Sobolenko yekun turnirinə vəsiqə əldə edib. Barti karyerasında ikinci dəfə bu nüfuzlu yarışa qatılacaq. Digər iki tennisçi isə ilk dəfə bu hüquqa yiyələnib.

Xatırladaq ki, turnir noyabrın 8-də start götürəcək.

ETOPAZ

Əvvəlki yazı

“US Open”in qalibi Çikaqoda oynamaqdan imtina etdi

Növbəti yazı

“Barselona”da baş məşqçi postuna əsas namizəd