Kumanla bağlı qərar

Kumanla bağlı qərar

İspaniya təmsilçisi “Barselona”nın rəhbərliyi istefası gündəmdə olan baş məşqçi Ronald Kumanla bağlı qərarını verib. Niderlandlı mütəxəssis ““Real”la keçiriləcək “El-Klassiko”ya qədər vəzifəsində qalacaq.

Baş məşqçi dəyişikliyi ilə bağlı qərar yalnız oktyabrın 24-dəki bu matçdan sonra verilə bilər. Klub prezidenti Joan Laportanın istefanı yubatmasının səbəbi kimi yeni çalışdırıcı axtarması göstərilir. Digər tərəfdən maliyyə çətinlikləri və mütəxəssisə ödənilməli vəsait də rəhbərliyə təsir edir.

“Valensiya” (17 oktyabr) və “Real”la (24 oktyabr) La Liqa, Kiyev “Dinamo”su (20 oktyabr) ilə Çempionlar Liqasının oyunları Kumanın taleyini həll edə bilər. Hər üç oyunda uğur qazanılsa, onun postu toxunulmaz qalacaq.

ETOPAZ

Əvvəlki yazı

Miçel istefaya göndərildi

Növbəti yazı

NBA-nın sabiq basketbolçusu saxta sənədlə saxlanıldı