Kumanın həmyerlisi “Barselona”da
İspaniyanın “Barselona” klubu heyətini yeni futbolçu ilə gücləndirib. La Liqa təmsilçisi niderlandlı baş məşqçisi Ronald Kumanın həmyerlisi Lük de Yonqu icarəyə götürüb. “Sevilya”nın 31 yaşlı hücumçusu mövsümün sonunadək Kataloniya klubunda çıxış edəcək. “Barselona” icarə müddətinin sonunda futbolçunu transfer etmək hüququna malik olacaq.
“Sevilya”nın heyətində La Liqada 69 oyun keçirən de Yonq 10 qol vurub.