Kumanı əvəzləməyə daha bir namizəd

Kumanı əvəzləməyə daha bir namizəd

“Barselona”nın baş məşqçi postuna daha bir namizədin adı bəlli olub. Klub rəhbərliyi Tyerri Anrinin bu posta gətirilməsi variantını nəzərdən keçirir.

İspaniya nəhənginin sabiq futbolçusu hazırda Belçika millisində baş məşqçinin köməkçisi kimi çalışır. Fransalı mütəxəssis istefası gündəmdə olan Ronald Kumanı əvəzləyə bilər.

Anri 2017-ci ildə də “Barselona”nın “sükanı arxası”na keçməyə namizəd olub. Lakin həmin vaxt üstünlük Ernesto Valverdeyə verilib.

Xatırladaq ki, Belçika millisinin baş məşqçisi Roberto Martines də “Barselona”nı çalışdırmağa namizədləri siyahısındadır.

ETOPAZ

Əvvəlki yazı

“Cenoa” sahibini dəyişdi

Növbəti yazı

Kannavaro Çin klubu ilə yollarını ayıracaq