Kuman Niderland millisində
Niderland yığmasının baş məşqçi postunda dəyişiklik olacaq. Ronald Kuman milli komandaya qayıtmaq üçün Niderland Kral Futbol Assosiasiyası ilə razılığa gəlib.
59 yaşlı mütəxəssis 2018-ci ildən 2020-ci ilə qədər “narıncılar”a rəhbərlik edib. Daha sonra ötən ilin oktyabrına qədər “Barselona”da çalışıb.
Kuman noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək 2022-ci il dünya çempionatının final mərhələsindən sonra 2023-cü il yanvarın 1-də Niderland millisinə qayıdacaq. Yığmanın hazırkı baş məşqçisi Lui van Qalın müqaviləsi də bu ilin sonuna kimi hesablanıb.