Kuman Messinin yoxluğundan danışdı: “Rəqiblər daha çox qorxurdular”

Kuman Messinin yoxluğundan danışdı: “Rəqiblər daha çox qorxurdular”


İspaniya “Barselona”sının baş məşqçisi Ronald Kuman ulduz hücumçu Lionel Messinin gedişindən sonrakı dəyişikliyə aydınlıq gətirib. O bildirib ki, artıq rəqiblər komandadan əvvəlki qədər qorxmurlar. Kuman bunu La Liqanın II turunun “Atletik”lə matçından (1:1) sonra açıqlayıb: “Mən həmişə eyni şey barədə danışmaq istəmirəm. Amma söhbət dünyanın ən yaxşısından gedir. Messi burada olanda rəqiblər daha çox qorxurdular. Bizim üçün də fərq var. Topu Leoya verən oyunçu bilirdi ki, Messi onu itirməyəcək. Amma hücumçu artıq burada yoxdur. Bunu bilirik və heç nəyi dəyişə bilmərik”.

ETOPAZ

Əvvəlki yazı

Raca Naynqolan sürücülük hüququndan məhrum edildi

Növbəti yazı

NBA-da məsafələr üzrə ən yaxşılar açıqlandı