Kuman istefaya göndərildi
İspaniyanın “Barselona” klubu baş məşqçisi Ronald Kumanı istefaya göndərib. Bunu La Liqa təmsilçisinin mətbuat xidməti açıqlayıb.
58 yaşlı niderlandlı “Rayo Valyekano”ya 0:1 hesablı məğlubiyyətdən sonra vəzifəsindən azad edib. La Liqa matçındakı yenilginin ardından klub prezidenti Joan Laporta Kumanla bağlı qərarını verib.
10 oyunda 15 xal toplayan “Barselona” La Liqada 9-cu pillədə qərarlaşıb. Çempionlar Liqasında 3 matçda 3 xal yığan komanda 3-cü yerdədir.
Xatırladaq ki, Kuman 2020-ci ildən “Barselona”nı çalışdırırdı.