Kuluşevskidən xüsusi göstərici
“Tottenhem”in yarımmüdafiəçisi Deyan Kuluşevski xüsusi göstəriciyə imza atıb. O, Premyer Liqa tarixinə düşüb.
Belə ki, futbolçu səfər matçlarında son çempionların qapısına ardıcıl 3 matçda qol vuran ikinci futbolçu olub. Daha öncə buna “Fulhem”in və “Liverpul”un keçmiş yarımmüdafiəçisi Denni Mörfi nail olub.
Xatırladaq ki, 23 yaşlı isveçlinin qolu Premyer Liqanın 14-cü turunun “Mançester Siti” ilə oyununda (3:3) “Tottenhem”i məğlubiyyətdən xilas edib.