Kuinnə iki namizəd

Kuinnə iki namizəd

“Mayami”nin köməkçi məşqçisi Kris Kuinn karyerasını digər klubda davam etdirə bilər. O, eyni vaxtda iki klubun baş məşqçisi postuna namizəddir.

“Yuta” və “Şarlott” Kuinni sükanı arxasında görmək istəyir. Yutalılar onunla danışıqlar üçün “Mayami”dən icazə də istəyib. “Hornets” də 38 yaşlı mütəxəssisin xidmətində maraqlıdır.

Qeyd edək ki, Kuinn 2014-cü ildən Erik Spoelstranın ştabında köməkçi kimi çalışır. O, bəzi oyunlarda baş məşqçi vəzifəsini də yerinə yetirib.

ETOPAZ

Əvvəlki yazı

Mur diskvalifikasiya edildi

Növbəti yazı

“Nyukasl”da yeni müqavilə