Kudus Premyer Liqa klubunun hədəfində

Kudus Premyer Liqa klubunun hədəfində

Niderlandın “Ayaks” klubunun futbolçusu Mohammed Kudus İngiltərəyə köçə bilər. Dünya çempionatında Cənubi Koreya ilə oyunda dubl edərək Qananın tarixinə düşən hücumçu “Mançester Yunayted”in radarına düşüb. 

“Qırmızı şeytanlar” Kudus üçün 15 milyon avro təklif edərək, Amsterdam klubunun cavabını gözləyir. 
  
Qeyd edək ki, bu mövsüm uğurlu oyunu ilə diqqət çəkən Kudus “Ayaks”ın heyətində 21 oyunda 10 qol vurub və 2 məhsuldar ötürmə edib. 

ETOPAZ

Əvvəlki yazı

“Mançester Yunayted”də 4 müqavilə

Növbəti yazı

Keyta İtaliya nəhənginin hədəfində