Kroosla müqavilə imzalanmadı

Kroosla müqavilə imzalanmadı

Almaniya millisinin futbolçusu Toni Kroos “Real”dan ayrıla bilər. 32 yaşlı yarımmüdafiəçinin gələn ilin yayında Madrid klubunu tərk edəcəyi gözlənilir.

Kroos İspaniya klubu ilə müqaviləsini uzatmaqdan imtina edib. Onun anlaşması 2023-cü ilin yayında başa çatacaq. Almaniyalı gələcək karyerası, hətta “Real”da qalması ilə bağlı yalnız həmin vaxt qərar verə biləcəyini gizlətməyib.

Qeyd edək ki, Toni 2014-cü ildən “Real”da oynayır.

ETOPAZ

Əvvəlki yazı

Neymar “Yuventus” yolunda

Növbəti yazı

Azara Premyer Liqadan təklif