Kriştiano Ronaldonun övladı vəfat edib

Kriştiano Ronaldonun övladı vəfat edib

Futbol aləmində bu gün hər kəsi məyus edən xəbər Kriştiano Ronaldonun oğlan övladını itirməsi olub. 37 yaşlı futbolçu bu barədə öz İnstaqram səhifəsində məlumat verib. Belə ki, futbolçunun əkiz övladlarından biri doğuş zamanı dünyasını dəyişib, qız övladının vəziyyətinin isə yaxşı olduğu bildirilir.

Bu səbəbdən də Ronaldo Premyer Liqanın “Liverpul”la səfərdəki matçında iştirak etməyəcək. “Enfild Roud”da baş tutacaq bugünkü qarşılaşmada meydan sahiblərinin azarkeşləri bir dəqiqəlik alqışlarla Kriştianoya dəstək olacaq.

Yer üzündəki bütün körpələrə sağlam və xoşbəxt həyat arzu edirik!

ETOPAZ

Əvvəlki yazı

“Qranada”da yeni baş məşqçi

Növbəti yazı

Bernardo Silva “Barselona” yolunda