Kriştiano Ronaldo Səudiyyə Ərəbistanında

Kriştiano Ronaldo Səudiyyə Ərəbistanında

Kriştiano Ronaldo Səudiyyə Ərəbistanına yollanıb. İspaniya paytaxtı Madriddən Asiya ölkəsinə uçan portuqaliyalı hücumçu bu gecə Ər-Riyada çatıb.

“Əl-Nəsr”ə keçən 37 yaşlı ulduz hava limanında qarşılanıb. O, bu gün tibbi müayinədən keçəcək.

Bakı vaxtı ilə saat 20:00-da onun təqdimat mərasimi baş tutacaq. “Mosul Park” stadionundakı tədbirdə 30 min azarkeşin olacağı gözlənilir.

ETOPAZ

Əvvəlki yazı

“Çelsi” dünya çempionunu istəyir

Növbəti yazı

“Milan”ın hədəfindəki braziliyalı