Kristian Eriksen ürəyinin dayanmasından danışdı

Kristian Eriksen ürəyinin dayanmasından danışdı

Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen AVRO-2020-nin Finlandiya ilə oyununda huşunu itirmişdi. İngiltərənin “Brenford” klubunun şərəfini qoruyan 30 yaşlı futbolçu BBC-yə açıqlamasında həmin anlardan danışıb:

“Mən bu dünyadan beş dəqiqəlik ayrılmışdım, sonra ürəyim yenidən döyünməyə başladı. O beş dəqiqədən başqa hər şeyi xatırlayıram. Topu oyuna daxil edən vaxt top dizimə dəydi. Sonra nə baş verdiyini xatırlamıram.

Ayılanda ətrafımda insanların dayandığını gördüm, sinəmdə təzyiq hiss etdim. Gözümü açanda nə baş verdiyini heç anlamırdım. O an başıma gələnlərdən xəbərim yox idi. İlk sözlərim belə oldu: “Ayaqlarıma nəsə olub? Belimi sındırdım? Ayağımı qaldıra bilərəmmi? Mənə tam olaraq nə baş verdiyini anlamaq üçün xırda hərəkətlər etməyə çalışdım.

Təcili yardım maşınında kiminsə “nə qədər müddət ürəyi dayandı?” sualını, birinin “beş dəqiqə” cavablandırdığını eşitdim. İlk dəfə idi ki, bu dünyada olmadığımı eşidirdim. Möcüzə kimidir”.

ETOPAZ

Əvvəlki yazı

Cenk Tosun Türkiyə klubuna dönür

Növbəti yazı

“Nike” Qrinvundla müqaviləni pozdu