Kris Vud Zumanı ələ saldı

Kris Vud Zumanı ələ saldı

İngiltərə Premyer Liqasının XXVI turunda “Nyukasl” “Vest Hem”lə 1:1 hesabı ilə bərabərə qalıb. “Sağsağanlar”ın hücumçusu Kris Vud rəqib komandanın futbolçusu Kurt Zumanı ələ salıb.

Yeni zelandiyalı oyunçu 28 yaşlı müdafiəçinin yanından keçərkən pişik səsi çıxarıb. 31 yaşlı forvard bir müddət öncə pişiyə qarşı qəddarlıq etmiş fransalı arxa xətt oyunçusunu bu yolla cəzalandırmaq istəyib.

Zumanın komanda yoldaşı Kreyq Douson baş hakimin diqqətini bu hadisəyə cəlb etməyə çalışsa da, heç nə alınmayıb.

Qeyd edək ki, Kurt Zuma pişiyi təpiklədiyi üçün sərt tənqid olunub. Təcrübəli futbolçu bu səbəbdən həm cərimələnib, həm də Fransa millisindən kənarlaşdırılıb.

ETOPAZ

Əvvəlki yazı

PSJ 2010-cu ildən sonra ilk dəfə

Növbəti yazı

Depay “Barselona”da xoşbəxt deyil