Kris Poldan böyük üstünlük
“Finiks”in basketbolçusu Kris Pol NBA-da öz rekordunu yeniləyib. O, 47 matçda səhvsiz ən azı 10 ötürmə verib.
Pol bütün ötürmələri dəqiq və 10-dan çox olan oyunların sayında karyerasını davam etdirənlər arasında böyük üstünlüyə malikdir. “Klivlend”in oyunçusu Redjon Rondo 13, “Yuta”dan Mayk Konli və “Mayami”dən Kayl Lauri 11 belə matç keçirib. İlk “beşliy”i 10 dəfə buna nail olan Lebron Ceyms (“Leykers”) qapayır.