Kris Pol tarixin 3-cüsü oldu

Kris Pol tarixin 3-cüsü oldu

“Finiks”in basketbolçusu Kris Pol “Nyu-Orlean”la qarşılaşmada 18 məhsuldar ötürmə verib. O, karyerası ərzindəki ötürmə sayını 10 min 336-ya çatdırıb.

Kris bu göstəricidə NBA tarixində 3-cü yerə yüksəlib. “Finiks”in oyunçusu Stiv Neşi keçib.

Pol yalnız iki basketbolçudan geri qalır.  Rekord “Yuta”nın əfsanəsi Con Stoktona məxsusdur. O, karyerası ərzində 15 min 836 dəfə ötürmə verib. İkinci yerdə qərarlaşan Ceyson Kiddin 12 min 91 ötürməsi var.

Xatırladaq ki, bu matçda “Finiks” 112:110 hesabı ilə qalib gəlib.

ETOPAZ

Əvvəlki yazı

100-cü oyununda het-triklə rekorda imza atdı

Növbəti yazı

A seriyasında Alleqri və Mourinyo hamıdan çox qazanır