Konte “Milan” yolunda
“İnter”in və İtaliya millisinin sabiq baş məşqçisi Antonio Kontenin işsiz günləri başa çatmaq üzrədir. O, yayda “Milan”a rəhbərlik edə bilər.
İtaliya mətbuatında bildirilir ki, Konte mövsümün sonunda “rossonerilər”in baş məşqçisi Stefano Piolini əvəz edəcək. Onun klub rəhbərliyinin təklif etdiyi şərtləri qəbul etdiyi bildirilir.