Konfrans Liqası matçı azarkeşsiz keçiriləcək

Konfrans Liqası matçı azarkeşsiz keçiriləcək

Konfrans Liqasının pley-off mərhələsində baş tutacaq “Şerif” – “Partizan” oyunu tamaşaçısız keçiriləcək. Serbiya klubu Moldovanın Təhlükəsizlik və İnformasiya Xidmətinin qərarına əsasən, oyunun bağlı qapılar arxasında keçiriləcəyi ilə bağlı bəyanat yayıb. “Şerif” xərclənən pulu bilet alanlara qaytaracaq.

“Partizan” öz azarkeşlərinə Moldovaya daxil olmağın mümkün olmadığını bildirib və “şəxsi təhlükəsizlik və rahatlıq naminə” ora getməməyi xahiş edib.

“Azad Avropa Radiosu” Serbiya komandasının 12 azarkeşinin Moldovadan qovulduğunu, sərhəd polisinin sözçüsü Raisa Novitski isə bir neçə Serbiya vətəndaşının ölkəyə girişinə icazə verilmədiyini bildirib: “Onlar giriş şərtlərinə uyğun gəlmədikləri, lazımi sənədləri olmadıqları və səfərlərinin məqsədini əsaslandıra bilmədiklərinə görə Moldova buraxılmayıblar”.

Bu vəziyyət Moldova parlamentində də müzakirə edilib və təxribatçıların buraxılmaması doğru qərar kimi şərh olunub. Deputat Andrian Keptonar bildirib ki, ölkəyə serb azarkeşləri adı altında diversantlar da daxil ola bilərdi.

ETOPAZ

Əvvəlki yazı

Ardıcıl üçüncü məğlubiyyət

Növbəti yazı

Dünya çempionatı ilə bağlı bölgü