Koman ürəyindən əməliyyat olundu
Almaniyanın “Bavariya” klubunun futbolçusu Kinqsli Koman ürəyindən əməliyyat olunub. Bunu Münhen təmsilçisinin baş məşqçisi Yulian Naqelsmann açıqlayıb.
Klubun rəsmi saytına açıqlama verən mütəxəssis bildirib ki, fransalı yarımmüdafiəçi tezliklə meydana dönəcək: “Komanın nəfəs almaqla bağlı kiçik problemləri var idi. O, bu üzdən də əməliyyat olundu. Sabah ilk kardioməşq keçəcək. Bundan sonra onun nə qədər müddət buraxacağı dəqiqləşəcək. Düşünürəm ki, söhbət iki həftədən gedir”.
Xatırladaq ki, Koman cari mövsümdə 4 oyunda meydana çıxıb.