Kollinz əməliyyat olunacaq
“Atlanta”nın hücumçusu Con Kollinz sağ ayağından qeyri-cərrahi əməliyyat keçirəcək. Onun durumu 10-14 gün ərzində qiymətləndiriləcək.
Basketbolçu sağ ayağının plantar fasyasının cırılması və sağ üzük barmağının zədələnməsi səbəbindən sıradan çıxıb. Forvard mövsümün sonuna kimi barmağına sarğı taxacaq.
24 yaşlı Kollinz bu mövsüm hər oyunda orta hesabla 16,2 xal, 7,8 ribaund, 1,8 assist və 1,0 blok yığıb.